Samuxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Samuxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
# 14 iyun 2021 14:25 (UTC +04:00)

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı 1998-ci il təvəllüdlü Elkamil İbrahimov və Zahid Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR