Samuxda ferma sahibini öldürən çobanın məhkəməsi başlayır

Samuxda ferma sahibini öldürən çobanın məhkəməsi başlayır
# 06 noyabr 2021 09:08 (UTC +04:00)

Samuxda qətlə törətməkdə təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, iyulun 29-da Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.

Onu da qeyd edək ki, hadisəni törədən S. Quliyev çoban, qətlə yetirilən A. Abdullayev isə ferma sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR