Samuxda gənc qadın dəm qazından zəhərlənib

Samuxda gənc qadın dəm qazından zəhərlənib
# 01 dekabr 2021 21:08 (UTC +04:00)

Samux rayon sakini zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü R.Novruzova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 21 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR