Samuxda həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Samuxda həmyerlisini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB
# 27 iyul 2021 22:38 (UTC +04:00)

Samuxda 31 yaşlı həmyerlisini bıçaqlayan şəxs tutulub

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni 2000-ci il təvəllüdlü Taleh Məhərrəmov törədib.

O, Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

***

21:10

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədov Xəyal İlqar oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR