Samuxda qəza olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Samuxda qəza olub, xəsarət alanlar var - FOTO  - VİDEO  - YENİLƏNİB
# 20 iyul 2021 20:55 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:04

Samuxda baş vermiş yol qəzasında xəsarət alanların adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə, iki minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar - Goranboy rayonunun Qazanbulaq kənd sakinləri, 1973-cü il təvəllüdlü Qəhrəmanova Mehriban İlyas qızı, 1973-cü il təvəllüdlü Qəhrəmanov İlham Sədrəddin oğlu, 1998-ci il təvəllüdlü İsazadə Sədi İlham oğludur.

Qeyd edək ki, avtoqəzada xəsarət alanlar bir aiələnin üzvləridir.

***

Saat 18:41

Samuxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.Hərəkətdə olan "VAZ 21011 "markalı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı bir neçə nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR