Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib

Samux, narkotik

© APA | Samux, narkotik

# 08 iyun 2021 09:56 (UTC +04:00)


Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alabaşlı qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 380 kiloqramdan artıq olan, 2297 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR