Samuxda yol qəzasında 2 nəfər xəsarət alıb - FOTO

Samuxda yol qəzasında 2 nəfər xəsarət alıb - <span class="red_color">FOTO
# 13 iyun 2021 20:24 (UTC +04:00)

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Lada” markalı minik avtomobili toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR