Şəki sakini sirkə turşusundan zəhərlənib

Şəki sakini sirkə turşusundan zəhərlənib
# 14 iyun 2021 09:07 (UTC +04:00)

Şəkidə 51 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qaratorpaq kənd sakini, 1972-ci il təvəllüdlü Sevda Yusif qızı Abbasova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı S. Abbasovanın su əvəzinə bilmədən sirkə turşusu içərək zəhərləndiyi məlum olub.

S. Abbasovaya lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR