Şəkidə 16 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır - VİDEO - YENİLƏNİB

Şəkidə 16 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır - VİDEO  - YENİLƏNİB
# 13 iyul 2021 11:46 (UTC +04:00)

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-ya bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələyə münasibət bildirib. Komitədən APA-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR