Şəkidə 6 yaşlı uşağı ilan sancıb

Şəkidə 6 yaşlı uşağı ilan sancıb
# 22 iyul 2021 16:33 (UTC +04:00)

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qoxmuq kənd sakini, 2015-ci il təvəllüdlü Həsən Rüfət oğlu Cəbiyev ilan sancması əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 6 yaşlı H. Cəbiyevi yaşadığı ünvanda ilan sancdığı məlum olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərilib. H. Cəbiyev müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR