Şəkidə 80 hektar ərazidə baş verən yanğın tam məhdudlaşdırılıb

Şəkidə 80 hektar ərazidə baş verən yanğın tam məhdudlaşdırılıb
# 27 iyul 2021 20:06 (UTC +04:00)

Şəkidə 80 hektar ərazi yanıb, yanğının yaxınlıqdakı evlərə və meşə zolağına keçməsinin qarşısı alınıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Baltalı kənd inzibati ərazisində kənd sakinlərinə və kənd bələdiyyəsinə məxsus əkin sahələrində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğının genişlənərək yaxınlıqdakı evlərə və meşə zolağına keçməsinin qarşısı alınıb. Axşam saat 19 radələrində yağın tam məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi işləri aparılır. Yanğın nəticəsində ümumilikdə 80 hektar ərazi olmaqla biçilmiş taxıl sahəsi, quru ot və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR