Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
# 20 noyabr 2021 12:17 (UTC +04:00)

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən piyada, 1948-ci il təvəllüdlü şəhər sakini Rasif Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR