Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb
# 23 oktyabr 2021 08:11 (UTC +04:00)

Şəkinin Cumakənd kəndi ərazisində yol qəzası baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, kənd sakini, 1984-cü il təvəllüdlü Qismət Məmmədəli oğlu Fərəcov idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarə etməni itirərək motosikleti aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Fərəcov Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR