Şəkidə beşotaqlı fərdi yaşayış evi yanıb

Şəkidə beşotaqlı fərdi yaşayış evi yanıb
# 01 sentyabr 2021 08:09 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gecə saat 03:00 radələrində Şəki şəhər sakini Kamal Qədir oğlu Haşımova məxsus, ümumi sahəsi 240 kv/m olan kürsülü birmərtəbəli 5 otaq və aynabənddən ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanıb. Evə bitişik ümumi sahəsi 140 kv/m olan köməkçi tikilinin 15 kv/m-lik sahəsinin yanar konstruksiyaları və orada olan dülgər dəzgahı yanıb. Evin və köməkçi tikilinin qalan hissələri yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR