Şəkidə çaya düşən şəxs xilas edilib

Şəkidə çaya düşən şəxs xilas edilib
# 26 iyun 2021 19:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhəri ərazisində Qurcana çayına düşən 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, məlumat daxil olandan dərhal sonra FHN-nin hadisə rayonuna ən yaxın xilasetmə qüvvələri köməyə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin çevikliyi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş sağ-salamat çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR