Şəkidə cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs tutulub

Şəkidə cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs tutulub

© APA | Şəkidə cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxs tutulub

# 05 avqust 2021 13:11 (UTC +04:00)

Polis Şəkidə cəzaçəkmə müəssisəsinə heroin göndərən şəxsi ifşa edib. 15 il müddətinə azadlıqdan məhrum edilmiş Kamran Rüstəmova göndərilən sovqatda heroin aşkar edilməsi barədə Şəki Penitensiar Müəssisəsindən Polis Şöbəsinə məlumat daxil olub

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəni göndərən şəxsin ifşa edilməsi və mənbənin müəyyən olunması məqsədilə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş Rövşən Quliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin Kamran Rüstəmovu cəzaçəkmə müəssisəsindən tanıdığı məlum olub.
Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR