Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Şəkidə yol qəzası

© APA | Şəkidə yol qəzası

# 31 avqust 2021 11:25 (UTC +04:00)

Şəkidə baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, "Lada Priora" markalı avtomobilin aşması nəticəsində sürücü - Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Polad Allahverdi oğlu Ağakişiyev və avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu il təvəllüdlü Arzu Malik qızı Ağakişiyeva xəsarət alıb. Xəsarət alanlar Şəki RMX-yə yerləşdirilib.

***

09.42

Şəkidə minik avtomobili aşıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR