Şəkidə üç azyaşlı qardaş qarpızdan zəhərlənib

Şəkidə üç azyaşlı qardaş qarpızdan zəhərlənib
# 05 iyul 2021 10:51 (UTC +04:00)

Şəkidə üç qardaş qarpızdan zəhərlənib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, iyulun 4-dən 5-ə keçən gecə Şəki rayonu Şirinbulaq kənd sakinləri olan üç qardaş - 2009-cü il təvəllüdlü Nəriman Ruslan oğlu Əhmədov, 2013-cü il təvəllüdlü Mütəllib Ruslan oğlu Əhmədov və 2014-cü il təvəllüdlü Süleyman Ruslan oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Aparılan müayinə zamanı qardaşların yaşadıqları ünvanda qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi məlum olub. Onlara xəstəxanada lazımi yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib, səhər saatlarında evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR