Şəkidə yol qəzası baş verib, sürücü ölüb 

Şəkidə yol qəzası baş verib, sürücü ölüb 
# 13 oktyabr 2021 09:19 (UTC +04:00)

Şəkidə baş verən yol qəzasında sürücü ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə hadisə gecə saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.

Şəki şəhər sakini Mehdi Rəcəbli idarəetdiyi "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolunun kənarına aşırıb.
Qəza nəticəsində sürücü M. Rəcəbıi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR