Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var - FOTO

Şəkidə yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alan var - FOTO
# 27 iyun 2021 23:26 (UTC +04:00)

Şəkidə axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindən keçən 35-ci km-də baş verib.

1982-ci il təvəllüdlü Şəki rayonu Çeşməli kəndində yaşayan Şabanov Rafiq Nəcməddin oğlu idarə etdiyi 99 JD 971 dövlət nömrə nişanlı yük avtomobili ilə Yevlaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 1955-ci il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini Nəbiyev Hamil Əli oğlunun idarə etdiyi “VAZ 2106” markalı 55 CB-987 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Qəza nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yük avtomobilinin sürücüsü Nəcməddin Şabanov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR