Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkir sakini dayısını bıçaqlayaraq öldürüb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 27 iyul 2021 00:59 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


17:30

Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1989-cu il təvəllüdlü Turan Əzizov şəxsi münasibətlər zəminində dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevə bir neçə bıçaq xəsarəti yetirib.

Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.

***

Saat 17:06

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub.

Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR