Şəmkir sakinlərindən odlu silah götürülüb

Şəmkir sakinlərindən odlu silah götürülüb
# 03 iyun 2021 13:01 (UTC +04:00)

Şəmkir sakinlərində odlu silah aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıtəpə kənd sakinləri C.Məmmədov və E.Vəliyevin yaşadıqları evlərə baxış zamanı müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR