Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən 15 min manatlıq oğurluq edilib

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi

© APA | Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi

# 21 oktyabr 2021 13:29 (UTC +04:00)

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinə məxsus yüksək təzyiqli boru kəmərlərinin 16 ədəd dayaq yastıqlarının (15.600 manat dəyərində) oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluda şübhəli bilinən rayon sakinləri O.Hüseynov, V.Məmmədov, İ.Səfərov, E.Aslanov, V.Məhərrəmov və E.Məmmədov müəyyən edilərək saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR