Şəmkirdə qəza nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB - FOTO - VİDEO

AzSamand qəza

© APA | AzSamand qəza

# 27 noyabr 2021 23:04 (UTC +04:00)

Şəmkirdə qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar 1997-ci il təvəllüldü Əsgərov Coşqun Qəhrəman oğlu və onun qardaşı 2000-ci il təvəllüdlü Əsgərov Daşqındır.

***

21.34

Şəmkirdə "AzSamand "markalı minik avtomobilin aşması nəticəsində həlak olan sürücünün şəxsiyyəti müəyyən edilib.

APA-nın yerli bürosunun məlumatına görə, dünyasını dəyişən şəxs Gədəbəy rayon sakini, 1996-cı il təvəllüdlü İsmayılov Xəyal Qalib oğludur.

Qeyd edək ki, qəza zamanı 2 nəfər də xəsarət alıb. Onların şəxsiyyəti müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

****

20.59

Şəmkirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Seyfəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "AzSamand " markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR