Şəmkirdə avtomobil aşıb, sürücü ölüb - VİDEO

Şəmkirdə avtomobil aşıb, sürücü ölüb - VİDEO
# 04 dekabr 2021 19:51 (UTC +04:00)

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan “Changan” markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Eşqin Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR