Şəmkirdə azyaşlı kanalda boğulub

Şəmkirdə azyaşlı kanalda boğulub
# 18 sentyabr 2021 15:02 (UTC +04:00)

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Tağıyev Nihat Azər oğlu kənd ərazisindən keçən kanalda əlini yuyarkən kanala düşüb. Azyaşlının meyiti kanaldan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR