Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub - FOTO - VİDEO-YENİLƏNİB - 1

Şəmkirdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub - FOTO    - VİDEO -YENİLƏNİB - 1
# 14 iyul 2021 03:25 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 00:50

Şəmkirdə baş verən qətlin bəzi təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1990-cı il təvəllüdlü Mahizər Hüseynova həyat yoldaşı, 1976-ci il təvəllüdlü İntizam Hüsenovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu səbəbdən İ.Hüseynov əsəbiləşərək qayınanasıgilə gələrək həyat yoldaşının ondan boşanmasına etiraz edib. İ.Hüseynov əvvəlcə qayınanasına, daha sonra həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına mərhumum Sədaqət İbadullayevanın bacısı deyib. Onların sözlərinə görə, İntizam bir neçə dəfə onlara gələrək ailələrini öldürməklə hədələyib.

Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun əmisi qızıdır.

***

21:12

Şəmkir rayonunun Şiştəpə kənd sakini 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşını bıcaqlayaraq, qayınanasını öldürəndən sonra hadisə yerindən yayınıb.

APA-nın yerli bürosunun məlumatına görə, İ.Hüseynov Şəmkir Rayon Polis şöbəsinin və Prokrorluq əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı saxlanılıb.

***

21:02

Şəmkirdə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizə Hüseynovanı və qaynanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.

Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Qeyd edək ki, M.Hüseynova İ.Hüseynovun ikinci həyat yoldaşıdır.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR