Şəmkirdə baş verən qəzada ər-arvad dünyasını dəyişib - YENİLƏNİB

Şəmkirdə baş verən qəzada ər-arvad dünyasını dəyişib - YENİLƏNİB
# 23 iyul 2021 21:56 (UTC +04:00)

Şəmkirdə qəzada ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki minik avtomobilin toqquşması zamanı "VAZ 2106" markalı avtomobilin sürücüsü, 1936-cı il təvəllüdlü Əkəbərov Əli Tağı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əkbərova Gülvar Qoşqar qızı hadisə yerində ölüblər.

Qeyd edək ki qəzada ölənlər ər-arvaddır.

***

21:10

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə "VAZ "markalı avtomobil toqquşub.

Qəza zamanı iki nəfər hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR