Şəmkirdə baş vermiş qəzada 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Şəmkirdə baş vermiş qəzada 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 15 iyul 2021 05:46 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 01:36

Şəmkirdə baş vermiş yol qəzasında ölənlərin və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza nəticəsində 1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Ramiz Zakir oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Şahin Məmmədov və 1971-ci il təvəllüdlü Ədalət Bayramov isə xəsarət alıb.

Hadisənin digər təfərrüatları araşdırılır.

***

Saat 00:39

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə "QAZel" markalı kiçiktutumlu yük maşını ilə "QAZ 31105" markalı minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, digər avtomobildə olan 2 nəfər isə ağır xəsarətlərlə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR