Şəmkirdə bazarda yanğın olub

Şəmkirdə bazarda yanğın olub
# 01 sentyabr 2021 09:13 (UTC +04:00)

Şəmkirdə rayonunda bazarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb.

Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR