Şəmkirdə dayısı oğlu və onun tanışını güllələyən şəxsə hökm oxunub

Şəmkirdə dayısı oğlu və onun tanışını güllələyən şəxsə hökm oxunub
# 13 noyabr 2021 10:29 (UTC +04:00)

Şəmkirdə dayısı oğlunu və onun tanışını güllələyərək öldürməyə cəhd edən Ramin Mehdixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Mehdixanov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il mayın 9-da saat 18 radələrində Şəmkir rayonunda qeydə alınıb.

Şəmkir rayonunun Seyfəli kənd sakini, 44 yaşlı Ramin Mehdixanov qısqanclıq zəminində əvvəllər də mübahisə etdiyi dayısı oğlu Musa Rüstəmovun “VAZ-2107” markalı avtomobil ilə hərəkətdə olduğunu görüb, özünə məxsus “VAZ-2106” markalı avtomobili ilə onun qarşısını kəsmək istəyib və nəticədə avtomobillər bir-birinə çırpılaraq yol-nəqliyyat hadisəsi baş verib. Daha sonra Ramin Mehdixanov özünə məxsus, müvafiq sənədləri olmayan ov tüfəngi ilə Musa Rüstəmovu və onun yanında olan Bakir Hüseynovu güllələyərək onlara xəsarət yetirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR