Şəmkirdə iki avtomobil toqquşub, ölən var - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkirdə qəzaya düşən avtomobillər

© APA | Şəmkirdə qəzaya düşən avtomobillər

# 27 iyun 2021 15:24 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


08:15

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza zamanı "QAZ 31" və "VAZ 2107" markalı iki avtomobil toqquşub. Nəticədə bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR