Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var- YENİLƏNİB - VİDEO

Şəmkirdə yol qəzası

© APA | Şəmkirdə yol qəzası

# 07 dekabr 2021 18:40 (UTC +04:00)

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlardan iki nəfərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, “Lada Priora" markalı avtomobilin "VAZ 2107" markalı avtomobilə arxadan çırpılması nəticəsində Elmin Əsgərov və Elgün Hacıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Digər 3 nəfərin xəsarəti yüngül olduğundan onlara hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

***

17.58

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni həyat kəndində qeydə alınıb.

Hərəkətə olan iki minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR