Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Şəmkirdə iki bacını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB  - VİDEO
# 26 may 2021 20:52 (UTC +04:00)

Şəmkirdə iki bacını bıçaqlayan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatıma görə, hadisəni törədən şəxs bacılardan birinin – 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.

O, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gürzal Alıyevin baçıların hər birinə bir bıçaq zərbəsi vurduğu bildirilib.

***

20:26

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nıın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR