Şəmkirdə kargüzar işləyən xanımı döyən vəzifəli şəxs tutulub - YENİLƏNİB - VİDEO

Şəmkirdə kargüzar işləyən xanımı döyən vəzifəli şəxs tutulub - <span class="red_color">YENİLƏNİB</span> - <span class="red_color">VİDEO</span>

© APA | Vazeh Vəliyev

# 11 iyun 2021 17:30 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

13:08

Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb.  

Baş Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq  tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

***

12.55

Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri aşkar edilib.

APA-nın yerli bürosunun məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

Rayon Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR