Şəmkirdə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şəmkir rayon Polis Şöbəsi

© APA | Şəmkir rayon Polis Şöbəsi

# 17 avqust 2021 10:29 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda təqsirli bilinən rayon sakini Əhməd Qasımov saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə aludəçisi olduğunu etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR