Şəmkirdə sel sularında boğulan 3 nəfər son anda xilas edilib - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkirdə sel sularında boğulan 3 nəfər son anda xilas edilib - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 08 iyul 2021 07:02 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


23:22

Şəmkirdə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, təbiət hadisəsi rayonun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

Belə ki, güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Bu zaman avtomobillərdə olan 3 nəfər son anda xilas edillib. Onlardan ikisinin kimliyi məlum olub - 65 yaşlı Bənövşə Musayeva və 36 yaşlı İlqar Musayev.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR