Şəmkirdə su kanalında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB - 2 - FOTO - VİDEO

Şəmkirdə su kanalında batan oğlanın axtarışları

© APA | Şəmkirdə su kanalında batan oğlanın axtarışları

# 20 iyul 2021 00:49 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


20:36


Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb. K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***

19:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkirdə su kanalında batan 25 yaşlı oğlanın axtarışlarını davam etdirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-nin “112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mahmudlu kəndində 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

18:36

Şəmkirdə su kanalında bir nəfər batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Belə ki, bir nəfər kanalda çimən zaman batıb. Hazırda hadisə yerinə təcilli tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Batan şəxsin İsmayılov Kamil Ramiz oğlu olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR