Şəmkirdə torpaq qatı altında qalan şəxs xilas olunub - FOTO - VİDEO - YENİLƏNİB-2 -

Şəmkirdə torpaq qatı altında qalan şəxs xilas olunub - FOTO  -  VİDEO  -  YENİLƏNİB-2  -
# 08 iyun 2021 23:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkirdə baş vermiş bədbəxt hadisə barədə məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Sərxan kəndində 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə aparılan qazıntı işləri zamanı torpaq uçqunu baş verib və orada işləyən 1983-cü il təvəllüdlü Məmmədov Rövşən Məzahir oğlu təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində R.Məmmədov çuxurdan çıxarılıb, təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

***

Saat 21:56

Mətnə video əlavə olunub.

***

Saat 19:35

Şəmkirdə quyuda çökmə zamanı torpağın altında qalanların şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar rayonun Sərxan kənd sakinləri Tural Qələndərli və Rövşən Məmmədovdur.

T.Qələndərlinin hadisə zamanı aldığı xəsarət ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Araşdırma aparılır.

***

Saat 19:03

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub. Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR