Şəmkirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Şəmkirdə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO  - VİDEO
# 10 noyabr 2021 19:41 (UTC +04:00)

Şəmkir rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik maşını “Priora” markalı avtomobillə toqquşub. Qəza zamanı 2 nəfər 2002-ci il təvəllüdlü Abdulayev Xəlil və 1966-cı il təvəllüdlü Vəliyev Həşim yüngül xəsarət alıblar, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR