Şəmkirdə yol qəzasında 3 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Şəmkirdə yol qəzasında 3 nəfər xəsarət alıb  - YENİLƏNİB  - VİDEO
# 24 noyabr 2021 21:24 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerlu bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 3 nəfər - 2000-ci il təvəllüdlü Yusibov Nicat, 1978-ci il təvəllüdlü Yusibov Mübariz və 1990-cı il təvəllüdlü Əhmədov Mikayıl yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR