Şəmkirdə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

Şəmkirdə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb
# 03 iyul 2021 13:54 (UTC +04:00)

Şəmkirdə avtomobil ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 8 radələrində Şəmkir rayonunun Sabirkənd kəndi ərazisində Tovuz rayon sakini Z.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə xəsarət almış sərnişinlərindən Kamal Sarıyev xəstəxanaya yerləşdirilib və orada ölüb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR