Şəmkirdə yol qəzasında yaralanan sərnişinlərdən biri ölüb - YENİLƏNİB

Şəmkirdə yol qəzasında yaralanan sərnişinlərdən biri ölüb - YENİLƏNİB
# 28 sentyabr 2021 08:16 (UTC +04:00)

Şəmkirdə baş verən zəncirvari qəzada xəsarət alan sərnişinlərdən biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü Namazova Maya həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

27 sentyabr, saat 22:02

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı "Mercedes" markalı və digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 1 azyaşlı olmaq, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR