Şirvanda 40 yaşlı kişi qətlə yetirilib - VİDEO - YENİLƏNİB

Şirvanda 40 yaşlı kişi qətlə yetirilib - <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB
# 18 iyun 2021 22:27 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


18:27
 

 

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb.

Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR