Şirvanda avtomobili oğurlayaraq yandıran şəxsin üzərində narkotik aşkar edilib - FOTO - VİDEO

Şirvanda avtomobili oğurlayaraq yandıran şəxsin üzərində narkotik aşkar edilib  - FOTO  - VİDEO
# 22 avqust 2021 13:44 (UTC +04:00)

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazova məxsus “VAZ 21063” markalı 10 BK 753 dövlət nömrə nişanlı avtomobili oğurlayıb.

Avtomobildən öz məqsədi üçün istifadə etdikdən sonra onu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsinin çöllük ərazisində yandıraraq yararsız hala salıb. Şirvan polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində S.Qasımzadə saxlanılıb və üzərinə baxış keçirilən zaman ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. S.Qasımzadənin cinayət əməli nəticəsində avtomobilin sahibinə 5653 manat maddi ziyan dəyib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 185.2.4, 186.2.2 və 231.1 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR