Şirvanda avtomobilin vurduğu piyada xəsarət alıb

Şirvanda avtomobilin vurduğu piyada xəsarət alıb
# 05 oktyabr 2021 03:48 (UTC +04:00)

Şirvan şəhərində 51 yaşlı qadını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Şirvan şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR