Şirvanda avtomobilin vurduğu  qadın xəstəxanada ölüb  - YENİLƏNİB - VİDEO

Şirvanda avtomobilin vurduğu  qadın xəstəxanada ölüb  - YENİLƏNİB  - VİDEO
# 27 noyabr 2021 21:48 (UTC +04:00)

Şirvanda avtomobilin vurduğu 64 yaşlı qadını xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtomobilin vurduğu piyada Şirvan sakini Rəhimova Gülbuta Əvəz qızı aldığı ağır kəllə-beyin travmasından Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb.

****

20.43

Şirvanda 64 yaşlı qadını avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1957-ci il təvəllüdlü Rəhimova Gülbuta Əvəz qızını vurub. Ağır kəllə-beyin travması alan 64 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR