Şirvanda fəhlə başına kranın dəmir qarmağının dəyməsi nəticəsində ölüb - YENİLƏNİB - VİDEO

Şirvanda fəhlə işlədiyi sexdə bədbəxt hadisə nəticəsində ölüb

© APA | Şirvanda fəhlə işlədiyi sexdə bədbəxt hadisə nəticəsində ölüb

# 17 sentyabr 2021 17:31 (UTC +04:00)

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin “Qarasu” OYL şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu fəhlə işlədiyi “İlkin-N” firmasının sexində başına sex kranının dəmir qarmağı dəyib. Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

***

14.14

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində baş verib. 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu işlədiyi müəssisədə başına qaldırıcı kranın dəmir lingi dəyməsi nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR