Şirvanda mənzillərdən 30 min manatdan çox oğurluq olub - YENİLƏNİB - FOTO - VİDEO

Şirvanda silsilə oğurluq edən şəxs

© APA | Şirvanda silsilə oğurluq edən şəxs

# 29 may 2021 15:15 (UTC +04:00)

Şirvanda silsilə oğurluq edən şəxslər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polisi istintaqa məlum olan 4 evdən 30 min manatdan çox nağd pul və qızıl-zinət əşyaları oğurlayan dəstə üzvlərini saxlayıb. Şirvan sakinləri, Ağayev Bəxtiyar, Həsənova Xalidə, Quliyeva Səbinə və Babayeva Sərmiyə polis şöbəsinə ərizə ilə müraciət edərək onların yaşadıqları ünvandan nağd pul və qızıl-zinət əşyalarının oğurlandığını qeyd ediblər. Araşdırmalar zamanı müəyyən edilib ki, 08 fevral 2021-ci il tarixdə Şirvan şəhərində Bəxtiyar Ağayevin yaşadığı ünvana açar seçmə üsulu ilə daxil olaraq oradan 9450 ABŞ dolları, 12000 manat pul və qızıl-zinət əşyaları, ümumilikdə 29865 manat, 20 aprel 2021-ci il tarixdə Xalidə Həsənovaya məxsus Şirvan şəhərindəki mənzilindən 1100 ABŞ dollarını və qızıl zinət əşyaları, ümumilikdə 8720 manat, 29 aprel 2021-ci il tarixdə Sərmiyə Babayevaya məxsus Şirvan şəhərində yerləşən mənzildən 890 manat nağd pul və 30 aprel 2021-ci il tarixdə Səbinə Quliyevaya məxsus mənzildən 200 manat pulu və ümumi dəyəri 1150 manat olan 2 ədəd qızıl üzüyü oğurlanıb. Şirvan polisi tərəfindən aparılan istintaq əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törədən Bakı sakinləri, əvvəllər Rusiya Federasiyasında müxtəlif cinayətlərə görə 3 dəfə məhkum olunan 1962-ci il təvəllüdlü Hüseynov Pərviz Ağasəf oğlu və 1985-ci il təvəllüdlü Allahverdiyev Mehman Saday oğlu Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Həmin şəxslərin digər oğurluq faktları araşdırılır.

Faktla bağlı Şirvan polis şöbəsində Cinayət Məcəlləsinin 85, 87, 207, 210 və 217.2-ci maddələri ilə cinayət işi qaldırılıb, istintaq davam edir.

***

12:32

Şirvanda mənzillərdən 30 min manatdan çox oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən ümumilikdə 13190 manat, 10450 ABŞ dolları (18000 manat) və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş P.Hüseynov və M.Allahverdiyev saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR