Şirvanda məzun Kürdə boğulub - YENİLƏNİB - VİDEO

Şirvanda məzun Kürdə boğulub - YENİLƏNİB  - VİDEO
# 14 iyun 2021 16:24 (UTC +04:00)

Şirvanda 18 yaşlı gənc Kür çayında boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2003-cü il təvəllüdlü Eminov Cavid Elçin oğlunun Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində çimərkən boğulduğu bildirilir.

Bu gün Şirvan şəhəri 16 saylı məktəbdən məzun olan C. Eminov məktəbdə keçirilən "Son zəng"dən sonra sinif yoldaşları ilə birgə Kür sahilində gəzintiyə çıxıbmış.

Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR